Vaqif Cavadov: "Elə buna görə də bura gəlmişəm"

"Boluspor"a gəldiyim üçün çox məmnunam. Qarşılıqlı razılıq əsasında müqavilə imzaladıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Boluspor"la müqavilə imzalayan Vaqif Cavadov klubun rəsmi saytına açıqlamasında deyib.

Millimizin hücumçusu yeni komandasında canla-başla mübarizə aparmağa hazır olduğunu bildirib: "Həm baş məşqçinin, həm də klub prezidentinin bura gəlməyimdə böyük əməyi oldu. Canla-başla mübarizə aparmağa hazıram. Elə buna görə də "Boluspor"a gəlmişəm. İnşallah, uğur qazanarıq".

Qeyd edək ki, V.Cavadov mövsümün ilk yarısını Türkiyə birinci liqa təmsilçisi "Qaziantep BB" klubunda keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right