PSJ-in isveçli futbolçusu Zlatan İbrahimoviç növbəti mükafatını qazanıb.
Newsport.az-ın məlumatına görə, o, bu dəfə ökəsində ən yaxşı adına layiq görülüb.
Belə ki, səsvermədə bütün rəqiblərini qabaqlayan 33 yaşlı futbolçu 2014-cü ildə İsveçin ən yaxşı idmançısı seçilib.
Qeyd edək ki, karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona” və “Milan” klublarının da formasını geyinən İbrahimoviç 2012-ci ildən PSJ-nin uğurları üçün çalışır. O, 2001-ci ildən şərəfini qoruduğu İsveç yığmasında 101 oyunda 51 qola imza atıb.