Tottinin selfisi başına bəla oldu

"Roma" klubunun kapitanı Françesko Totti cəzalandırılacaq.

Newsport.az-ın  məlumatına görə, buna italiyalı futbolçunun "Latsio" ilə görüşdə vurduğu qolu selfi çəkərək bayram etməsi səbəb olub.

Tottinin bu hərəkətini idman prinsiplərinə zidd və reklam xarakteri daşıması kimi dəyərləndirən UEFA Hakimlər Komitəsinin təcrübəli futbolçunu cəzalandıracağı bildirilir.

Qeyd edək ki, İtaliya A Seriyasının 18-ci turunda keçirilən "Roma" - "Latsio" oyunu 2:2 hesabı ilə başa çatıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right