"Liverpul"dan ayrılan Emre Canın yeni klubu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi karyerasını "Yuventus"da davam etdirəcək. Bu barədə Turin klubunun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. Turinə gedən E.Can tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, E.Canın 4 illik müqavilə imzalayacağı gözlənilir.


