Beynəlxalq Royal kubokunun qalibi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, finalda Türkiyənin "Beşiktaş" klubu Argentinanın "River Pleyt"i ilə qarşılaşıb.
İstanbul təmsilçisi matçda 1:2 hesabı ilə geridə olmasına baxmayaq, geri dönüş edə bilib. Slaven Biliçin komandası yekun hesabda 4:3 hesabı ilə qalib gələrək kubokun sahibi olub.
Bununla da "Beşiktaş" 2015-ci ilə kubokla başlayıb.
18 yanvar
Beynəlxalq Royal kuboku, final
"Beşiktaş" - "River Pleyt" - 4:3
Qollar: Sosa, 19 (1:0), Martinez, 22 (1:1), Qomes, 25 (1:2), Dias, 48-avtoqol (2:2),Demba Ba, 66 (3:2), 79 (4:2), Romero, 80 (4:3)