Prandellidən dəstək AÇIQLAMA

"Qalatasaray" klubunun yeni italiyalı baş məşqçisi Cesare Prandelli İtaliya Milli Komandasının yeni çalışdırıcısı Antoniyo Konteyə dəstək mesajı göndərib.

Newsport.az saytının məlumatına görə, 56 yaşlı təcrübəli mütəxəssis "Tuttosport"a açıqlamasında Konteyə dəstək olduğunu bildirib:

"Konte İtaliya Milli Komanda kariyerası yeni başlayır. Mən bu yolda ona uğurlar arzulayıram. Ümid edirəm həmişə yaxşı nəticələr qazanarlar. Milli komandanın keçmiş məşqçisi olaraq ona və komandasına yalnız qələbə arzu edirəm. Qazandıqları nəticələr hamişə istədikləri kimi olsun".

Qeyd edək ki, Kontedən əvvəl millini Prandelli çalışdırırdı, lakin 2014 Dünya Çempionatındakı uğursuzluqdan sonra komandadan ayrılmışdı.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right