"Roma" Portuqaliya "Portu"sunun futbolçusu İvan Markanonu transfer edib.
Newsport.az-ın məlumatına görə, İtaliya təmsilçisi ispaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb.
Paytaxt təmsilçisi 31 yaşlı müdafiəçini azad agent kimi heyətinə qatıb. İvan Markano 2014-2018 illərdə "Portu"da çıxış edib.