Buffon PSJ ilə razılığa gəldi

"Yuventus"dan ayrılan Canluici Buffon PSJ-nin təklifini qəbul edib.

Newsport.az-ın məlumatına görə, Fransa mətbuatında gəzən məlumata görə, 40 yaşlı əlcək sahibi Paris klubu ilə 2 illik müqavilə bağlayacaq. Onun illik qazancı 8 milyon avro olacaq. Transfer tezliklə rəsmi şəkildə elan ediləcək.

Qeyd edək ki, italiyalı qapıçı 2001-ci ildən Turin klubunda çıxış edirdi. "Yuventus"da 656 oyun keçirib və 20 kubok qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right