"Çelsi"nin çalışdırıcısı Joze Mourinyo Portuqaliyada "Əsrin məşqçisi" seçilib.
Newsport.az-ın xəbərinə görə, Mourinyo Artur Joze, Manuel Joze və Mario Pedroto kimi mütəxəsisləri geridə qoyub. Mərasimdə Kriştianu Ronaldo Portuqaliya futbol tarixinin ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, Mourinyo "Portu" (2004) və "İnter" (2010) klublarında Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. "Don Joze" çalışdığı "Porto", "Çelsi", "İnter" və "Real"ı ölkə çempionu etməyi bacarıb.