Newsport.az-ın məlumatına görə, "qırmızılar" "Monako"nun dayaq yarımmüdafiəçisi Fabinyonu rənglərinə bağlayıb. Braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Mersisaydlılar bu keçid üçün "knyazlıq klubu"na 50 milyon avro ödəyib.
"Monako" 24 yaşlı oyunçunu 2015-ci ildə "Riu Ave"dən 6 milyon avroya almışdı. Yarımmüdafiəçi cari mövsüm 45 oyuna 45 oyuna 8 qol vurub, 5 assist edib.