İtaliya klubunun futbolçusu özünü və sevgilisi öldürdü

İtaliyanın D Seriyasında çıxış edən "Tuttokuoio" klubunun hücumçusu Federiko Zini özünü və sevgilisini öldürüb.

Newsport.az saytının məlumatına görə, 25 yaşlı forvard münasibətlərinin pis olduğu sevgilisi Elisa Amato ilə barışmaq üçün evinə yollanıb. 29 yaşlı xanımdan müsbət cavab almayan futbolçu onu güllələyib. Daha sonra Zini qadının meyitini maşına qoyub. Federiko bir qədər sonra intihar edərək həyatla vidalaşıb.

Hadisə ilə bağlı polis araşdırmalar aparır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right