"Qarabağ"dan ayrılan futbolçu Balotelli ilə komanda yoldaşı olacaq?

Fransanın "Nitsa" klubu ilə müqavilə başa çatan Mario Balotelli üçün üçün sürpriz iddia ortaya atılıb.

Newsport.az saytının məlumatına görə, İtaliya mətbuatında yayılan məlumata görə, 27 yaşlı forvardı 3 illik fasilədən sonra A Seriyasına qayıdan "Parma" klubu heyətinə qatmaq istəyir. İddiaya görə, "Parma" Balotellinin illik 4 milyon avroluq maaşını ödəmək üçün Çin şirkətləri ilə anlaşma əldə edib. Balotellinin xidmətində "Roma" və "Napoli"nin də maraqlandığı söylənilir.

İtaliya millisinin üzvü A Seriyasına qayıtmaq istədiiyini söyləmişdi.

Qeyd edək ki, "Qarabağ"dan ayrılan bosniya və herseqovinalı qapıçı İbrahim Şehiçin "Parma" ilə anlaşdığı iddiaları yayılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right