"Çelsi"nin Mauro İkardi planı

İngiltərə Premyer Liqasında mövsümü 5-ci pillədə başa vuran "Çelsi" transfer fəaliyyətinə start verib.

Newsport.az-ın məlumatına görə, London klubu Dieqo Kostanın ayrılığından sonra hücum xəttində sıxıntılar yaşayır. Bu səbəbdən də "zadəganlar" hücumçu axtarışına çıxıb. Transfer siyahısında "İnter"in forvardı Mauro İkardirinin adı yer alıb. İtaliya mətbuatının məlumatına görə, "Çelsi" argentinalı hücumçu üçün qarşı tərəfə Alvaro Morata və 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 25 yaşlı futbolçunun sərbəst qalmaq qiyməti 110 milyon avrodur. Mauro Seriya A-da başa çatan mövsümdə 36 oyuna 29 qol vurub və 1 assist edib.

Bundan əlavə, İkardi Argentina millisnin dünya çempionatına aparılacaq heyətində yer almayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right