Fransalı futbolçu rəsmən İspaniya klubunda

İspaniyanın "Valensiya" klubu İtaliya "İnter"inin futbolçusu Jeffreya Kondoqbiyanı transfer edib.
 
Newsport.az-ın məlumatına görə, İspaniya təmsilçisi bu keçidə görə 25 milyon avro ödəyib. 
 
25 yaşlı fransalı yarımmüdafiəçi ilə 2022-ci ilədək müqavilə imzalanıb. Sözləşməyə əsasən, hər hansı bir klub Kondoqbiyanı transfer etmək istəsə, 80 milyon ödəməlidir.
 
Qeyd edək ki, J.Kondoqbiya başa çatan mövsümdə icarə əsasında "Valensiya"da çıxış edib. O, 31 oyunda iştirak etməklə yanaşı, 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right