Ançelottinin yeni iş yeri bəlli oldu

Karlo Ançelottinin yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı "Napoli" ilə danışıqları müsbət tamamlayıb. İtaliya mətbuatının yaydığı məlumata görə, Mauritsio Sarri klubu tərk edəcək və əvəzinə Ançelotti gələcək. Sarrinin isə "Çelsi"yə gedəcəy gözlənilir.

Ançelotti 2+1 illik müqavilə bağlayacaq.

Xatırladaq ki, 58 yaşlı Ançelotti karyerası ərzində "Parma", "Yuventus", "Milan", "Çelsi", PSJ və "Bavariya" kimi klublarda çalışıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right