"Bu təklifi düşünmək üçün bir neçə günə ehtiyacım var" Canluici Buffon

"Yuventus"dan ayrılan Canluici Buffonun adı PSJ ilə hallanır.

Newsport.az-ın məlumatına görə, 40 yaşlı qapıçı təklif aldığını bildirib.

O, bir neçə gün ərzində qərar verəcəyini deyib: "PSJ-nin təklifini düşünmək və hər şeyi analiz etmək üçün bir neçə günə ehtiyacım var. Bunlar asan seçim deyil. 40 yaşında tez qərar verə bilmərsiz".

PSJ Buffona 2 illik müqavilə və kapitanlıq təklif edib. İtaliyalı qapıçı təklifi qəbul etsə, illik maaşı 8 milyon avro olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right