Balotelli 4 ildə sonra millidə

Roberto Mançini İtaliya millisinin BƏƏ, Fransa və Hollandiya ilə yoxlama oyunları üçün heyəti açıqlayıb.

Newsport.az-ın məlumatına görə, “Skuadra Adzurra”nın yeni çalışdırıcısının dəvət göndərdiyi oyunçular arasına Mario Balotelli də var. 
 

“Nitsa”nın forvardı sonuncu dəfə milliyə 4 il əvvəl dəvət almışdı. 2014-cü ildə yığmada 3 oyunda 1 qol vuran SuperMario həmin vaxtdan sonra “Skuadra Adzurra”nın heyətindən kənarda qalırdı.

Qeyd edək ki, Balotelli cari mövsümdə 36 oyunda 26 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right