İsveçrənin Sürix şəhərində yanvarın 12-i keçirilən tədbirdə "Qızıl top"u qazanan Kriştiano Ronaldo ilə Lioenel Messi arasında maraqlı dialoq yaşanıb.
Newsport.az-ın məlumatına görə, Ronaldo Messi fanatı olan oğlunun argentinalı hücumçunun yanına göndərib. Buna təəccüblənən Messi Ronaldonun oğlu ilə salamlaşıb və hal-əhvalını soruşub. Bu zaman portuqaliyalı oyunçu Messiyə oğlunun internetdən tez-tez onun videolarını izlədiyini və evdə Messi haqda danışdığını söyləyib.
Bir-birləri ilə rəqabət aparan Ronaldo və Messi arasında bu dialoq tədbirdə iştirak edənləri təəccübləndirib.