"Yuventus" Buffona əvəzləyici tapdı

Mövsümün sonunda Canluici Buffonla yolları ayıracaq "Yuventus" təcrübəli qapıçısının əvəzləyicisini tapıb.

 

Newsport.az xəbər verir ki, Turin təmsilçisi "Cenoa"nın qolkiperi Mattia Perini transfer edəcək. "Qoca sinyora" 25 yaşlı "əlcək sahibi" ilə razılıq əldə edib.

 

"Yuventus" Perinin transferi üçün "Cenoa"ya 8 milyon avro ödəyəcək. 5 illik müqaviləyə qol çəkəcək gənc qapıçı İtaliya çempionunda ilinə 2,5 milyon avro qazanacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right