Teves karyerasını başa vuracağı tarixi açıqladı

“Boka Xuniors”un futbolçusu Karlos Teves karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Newsport.az-ın məlumatına görə,  argentinalı hücumçu komandası ilə müqaviləsi başa çatdıqdan sonra futboldan gedəcəyini bildirib: “Boka Xuniors”la müqavilə müddətim başa çatdıqdan sonra butsılarımı mıxdan asacam. Məşqçi və klub rəhbəri olmaq fikrində deyiləm. Karyerama "Boka Xuniors"da son qoyacam".

34 yaşlı futbolçunun “Boka Xuniors”la müqavilə müddəti 2019-cu ilin 31 dekabrında bitəcək. Teves "Korintians", "Vest Hem", "Mançester Yunayted", "Mançester Siti", "Yuventus" və "Şanxay Şenhua" klublarında da çıxış edib. O, Argentina millisinin heyətində 76 oyuna 13 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right