Ronaldo da baş məşqçisinə qarşı çıxdı

İspaniya kubokunun 1/8 final mərhələsinin "Atletiko"ya qarşı ilk oyunun (0:2) start heyətində daxil edilməyən "Real"ın (Madrid) hücumçusu Kriştiano Ronaldo baş məşqçisi Karlo Ançelottinin bu qərarından narazı qalıb.

Newsport.az İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu səbəbdən "Barselona"nın forvardı Lionel Messidən sonra Ronaldo ilə baş məşqçisi arasında da soyuq münasibətlər yarana bilər.

İtaliyalı mütəxəssis Madrid derbisinin start heyətində Ronaldoya şans verməyib. Bundan narazı qalan portuqaliyalı futbolçu etirazını xüsusi jestlərlə ehtiyat skamyada əyləşən komanda yoldaşı Fabio Koentraoya bildirib. Ronaldo ikinci hissədə meydana daxil olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib - 0:2.

Qeyd edək ki, Karlo Ançelotti oyundan sonra Ronaldonu yorğun olduğu üçün start heyətində meydana buraxmadığını açıqlayıb.

Xatırladaq ki, "Real Sosyedad"la La Liqa matçında (0:1) ehtiyatda qalmasından narahat olan "Barselona"nın futbolçusu Lionel Messinin də həmin görüşdən sonra baş məşqçisi Luis Enrike ilə problem yaşadığı iddia edilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right