Sneyder "Qalatasaray"dan ayrılacaqmı?

"Qalatasaray"ın vitse-prezidenti Əbdürrəhim Albayrak hollandiyalı yarımmüdafiəçi Uesli Sneyderin "Yuventus"a transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, klub rəsmisi "NTV Spor"a açıqlamasında təcrübəli oyunçunu satmağı düşünmədiklərini deyib:

"Sneyderin təzminat qiyməti 20 milyon avrodur. Bu məbləğdən aşağı qiymətə onu satmağı düşünmürük”.

Ə.Albayrak Sneyderin "Yuventus"la razılığa gəldiyi haqda iddiaları da təkzib edib:

"O, "Qalatasaray"ın futbolçusudur və burada olmaqdan məmnundur. Sneyder mövsümün ikinci yarısında da "Qalatasaray"da oynayacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right