Fransanın “Monako” klubu baş məşqçi Maurisiyo Sarri ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Newsport.az xəbər verir ki, bu iddia ilə İtaliya mətbuatı çıxış edib. Belə ki, hal-hazırda “Napoli”ni çalışdıran 59 yaşlı mütəxəssisi komandanın sükanı arxasına gətirmək istəyən fransa təmsilçiləri, bunun üçün 6 milyon avrolarından keçməyə hazırdırlar. Tərəflərin artıq, danışıqlara başladığı da deyilir.
İtaliyalı çalışdırıcı ilə PSJ, “Arsenal” “Çelsi” kimi nəhən klubların da yaxından maraqlandığı bildirilir.
Qeyd edək ki, Sarri 2015-ci ildən “Napoli”ni çalışdırır.