“Milan” Cennaro Qattuzo ilə yeni müqavilə imzalayıb.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İtaliya təmsilçisi 40 yaşlı mütəxəssislə 2021-ci ilə qədər razılığa gəlib. Ötən il baş məşqçi Vinçenzo Montellanın yerinə komandanın sükanı arxasına gətirilən Qattuzonun illik gəliri 2 milyon avro olacaq.
Qeyd edək ki, veteran futbolçu 1999-2012-ci illər mövsümündə “Milan”nın şərəfini qoruyub.