Milli komandanın sabiq futbolçusu xəstəxanada vəfat etdi

 

 

İngiltərə millisinin sabiq futbolçusu və "Çelsi"nin keçmiş məşqçisi Rey Uilkins vəfat edib.

Newsport.az-ın məlumatına görə, o, 61 yaşında dünyasını dəyişib.

Uilkins ötən həftə infarkt keçirərək yerə yıxılıb və xəstəxanaya yerləşdirilib. R.Uilkins 1976-1986-cı illər ərzində İngiltərə milli komandasında çıxış edib.

Sabiq yarımmüdafiəçi futbolçu karyerası ərzində İngiltərənin "Çelsi" və "Mançester Yunayted", İtaliyanın "Milan" və Fransanın PSJ klublarında çıxış edib.







Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right