"Hədəfim, yaxşı bir insan olmaqdır"

“Everton”un türkiyəli futbolçusu Cenk Tosun klubun rəsmi internet saytına müsahibə verib.

Newsport.az xəbər verir ki, 26 yaşlı futbolçu “Evertona” keçidindən sonra “Beşiktaş”dakı komanda yoldaşları üçün darıxdığını bildirib:

“Yalnız, istedadlı futbolçu olmağın yetərli olduğunu düşünmürəm. Hədəfim, yaxşı bir insan olmaqdır. “Beşiktaş”dakı dostlarım üçün çox darıxıram, lakin İngiltərədə görüləsi çox işlərim var”.

Cenk keçmiş komandasında çıxış etdiyi 23 nömrə əvəzinə, niyə 14 rəqəmli formanı seçdiyi haqda da danışıb:

 “Kolman artıq, 8 ildir ki, 23 nömrə altında çıxış edir. Bunun üçün onu ağlımdan çıxartmışdım. 14 nömrəni niyə seçdim deyə soruşursunuz. Tyerri Anri kimi ulduz futbolçular bu nömrə altında çıxış ediblər. Mən də bu nömrəni seçmək qərarına gəldim”.

Qeyd edək ki, Hücumçu qış transfer dönəmində Türkiyənin “Beşiktaş” klubundan “Everton”a transfer olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right