“Yuventus”un sabiq oyunçusu və futbolun əfsanələrindən sayılan Del Pyero gənc hücumçu Paulo Dyabala haqda danışıb.
Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı veteran forvard Dyabalanın çox istedadlı biri olduğunu deyib:
“Dyabala çox istedadlı və texnikalı futbolçudur. Düzdür, hər bir futbolçu kimi onun da səhvləri var. Lakin hələ gəncdir və ümid edirəm ki, zamanla bunları aradan qaldıracaq. O, “Yuventus”un ən önəmli silahlarından biridir və parlaq gələcəyi var”.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2015-ci ildən “Yuventus”un şərəfini qoruyur.