"Fənərbaxça" klubu serbiyalı futbolçu Miloş Krasiçi kirayə verib.
Newsport.az saytının məlumatına görə, Turkiyə klubunda gözlənilən ayrılıq reallaşıb və İspaniyanın "Elçe" klubu 29 yaşlı yarımmüdafiəçini kirayəyə götürüb. Görüşlər nəticəsində Miloş Krasic 1 illiyinə kirayəyə verilib.
Qeyd edək ki, bundan əvvəl Sarı-göylülər Miroslav Stoku Birləşmiş Ərəb Əmirlikləri komandası "Al Ain"ə kirayəyə vermişdi.