Ərtoğrul Sağlamın istefası rəsmiləşdi

Türkiyə superliqa təmsilçisi "Əskişəhərspor"un baş məşqçisi Ərtoğrul Sağlam istefa verib.

Newsport.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, onun klubdan ayrılmasına futbolçuların maaşlarını ala bilməməsi və son turlardakı uğursuzluqlar səbəb olub.

Dünən "Qaziantepspor"a evdə böyük hesablı  (1:3) məğlubiyyətdən sonra Ərtoğrul Sağlam istefa edəcəyini açıqlamışdı: "Azarkeşlərimizin və futbolçularımızın əhval-ruhiyyəsinin pozulduğunu görürəm. Biz əlimizdən nə gəlirdisə "Əskişəhərspor" üçün etdik. Amma bundan artığını bacarmadıq. Artıq klubda dəyişikliklər olmalıdır".

Bu gün isə Ərtoğrul Sağlamın rəsmi şəkildə istefa verdiyi açıqlanıb. Artıq "Əskişəhərspor" klubu yeni baş məşqçi axtarışlarına da başlayıb.Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gələcək.

Xatırladaq ki, "Əskişəhərspor" son turdan sonra 16 xalla turnir cədvəlinin 13-cü sırasında qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right