"Atletiko Madrid" onun üçün 100 milyon avro ödəməyə hazırdır

Almaniyanın “Bayer Leverkuzen” klubunun qapıçısı Brend Lenonun transferi üçün dünyanın bir neçə güclü komanası mübarizə aparır.

Newsport.az xəbər verir ki, bunların arasında İngiltərənin “Arsenal”, İtaliyadan “Napoli” və İspaniyadan “Atletiko” kimi nəhəng klublar yer alır. Hazırki komandası ilə 2021-ci ilə kimi müqaviləsi olan Lenonun sərbəstqalma məbləği 100 milyon avrodur.

Almaniya mətbuatının iddiasına görə, bu transferdə daha istəkli olan “Atletiko Madrid” klubunun tələb olunan məbləği ödəməyə hazır olduğu deyilir. Bunun üçün tərəflərin danışıqlara başladığı da söylənilir.

Qeyd edək ki,  bu mövsüm 31 oyunda meydana çıxan 26 yaçlı qolkiper, 6 dəfə milli komandanın formasını da geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right