Sərgən Yalçın millimizin hücumçusunu qovdu

Türkiyənin "Sivasspor" klubu 4 futbolçusu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, həmin futbolçular sırasında Azərbaycan millisinin hücumçusu Cihan Özkara da var.

Sivas təmsilçisinin baş məşqçisi Sərgən Yalçın komandasında görmək istəmədiyi 4 futbolçunun adını rəhbərliyə təqdim edib. Nəticədə Özkara ilə yanaşı, Ahmet Şahbaz, Berk Nəziroğluları və Makauli Krisantus komandadan göndərilib.  

Komandadan gedəcək futbolçulara təşəkkür edən klubun prezidenti Məcnun Otyakmaz bunları deyib: "Komandadan ayrılacaq futbolçulara xidmətlərinə görə təşəkkür edirəm. Mövsümün ilk yarısı bizim üçün yaxşı keçmədi. Baş məşqçi Sergen Yalçının istəyi ilə 4 futbolçuyla yollarımızı ayırdıq. Həmin oyunçuların yerinə 4 futbolçu alacağıq. Lakin 4-dən çox oyunçu transfer etsək, komandadan gedəcək futbolçular ola bilər".

Qeyd edək ki, Cihan Özkara 2011-ci ildən "Sivasspor"da çıxış edirdi.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right