Nainqqolan: "Yuventus"a nifrət edirəm, amma çempion olmaqlarını istəyirəm"

"Roma"nın futbolçusu Radja Nainqqolan maraqlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, A Seriyasındakı "Yuventus"la "Napoli" arasında gedən çempionluq mübarizəsi haqda danışıb. Belçika millisinin üzvü "Yuventus"a nifrət etsə də, Turin təmsilçisinin çempion olmasını istədiyini deyib:

"Yuventus"a nifrət edirəm. Amma ümid edirəm bu il də çempion olarlar. "Napoli"yə qarşı deyiləm. Hətta oynadıqları futbolla da çempionluğa onlar layiqdi. Amma "Yuventus"u taxtdan salan komanda biz olmayacağıqsa, bu il də çempion olsalar, daha yaxşı olar. Əks halda qısqanclıqdan ölərəm".

Qeyd edək ki, 29 turdan sonra "Yuventus" 75 xalla turnir cədvəlinin zirvəsindədi. "Napoli" liderdən 2 xal geridədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right