Newsport.az-ın məlumatına görə, qanalı futbolçu İtaliyada klubunu dəyişdirib. 29 yaşlı oyunçu "İnter"lə 3 illik anlaşma əldə edib. Asamoanın illik məvacibi 3 milyon avro olacaq. Müdafiəçi artıq Milan şəhərində kirayə ev axtarışına başlayıb. Məlumatı "La Gazetta dello Sport" qəzeti yayıb.
Qeyd edək ki, Qana millisinin üzvü 2012-ci ildə "Udineze"dən "Yuventus"a keçmişdi. Asamoa bu mövsüm 20 oyuna 1 assist edib.