"Yuventus"un futbolçusu "İnter" lə razılığa gəldi

"Yuventus"un sol cinah müdafiəçisi Kvadvo Asamoa yeni mövsüm karyerasını fərqli klubda davam etdirəcək.

Newsport.az  İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "İnter"lə yeni razılıq əldə edib. Yeni klubla 3 illik müqavilə bağlayan Asamoanın illik məvacibi 3 milyon avro olacaq. 

Qeyd edək ki, Qana millisinin üzvü 2012-ci ildə "Udineze"dən "Yuventus"a keçmişdi. Asamoa bu mövsüm 20 oyuna 1 assist edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right