PSJ-dən Konteyə rəsmi təklif

Mövsümün sonunda baş məşqçisi Unay Emeri ilə yollarını ayıracağı gözlənilən PSJ baş məşqçi axtarışlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Paris təmsilçisi “Çelsi”nin baş məşqçisi Antonio Konteyə rəsmi təklif ünvanlayıb. Bu barədə məlumatı Britaniyanın “Quardian” nəşri yayıb. Xəbərdə fransızların italyan mütəxəssisə illik 12 milyon avro dəyərində müqavilə təklif etdiyi, 48 yaşlı mütəxəssisin də bu təklifə isti yanaşdığını qeyd edilib.

Son vaxtlar Kontenin futbolçu transferi məsələsində “Çelsi” rəhbərliyi ilə fikir ayrılığı olduğu, buna görə, yayda komandadan ayrılacağı iddia edilirdi. İtalyan mütəxəssisin “zadəganlar”la müqavilə müddəti gələn il bitəcək. Onun xidmətində İtaliyanın “İnter” klubunun da maraqlı olduğu deyilir.

PSJ-nin baş məşqçi postuna namizədlər arasında Kontedən başqa, Luis Enrike, Maurisio Poçettino, Dieqo Simeone, Massimiliano Alleqri kimi məşqçilərin də adı var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right