"Bavariya" Robert Levandovski ilə bağlı qərar verdi

“Bavariya” klubunun İdarə Heyətinin sədri Karl-Hayns Rummenige açıqlama verib.

Newsport.az-ın məlumatına görə, klub rəsmisi komandanın hücumçusu Robert Levandovskinin gələcəyilə bağlı danışıb. O, polşalı forvardın satılmayacağını bəyan edib: "2008-ci ildə Frank Riberi üçün inanılmaz təklif almışdıq. O zamandan bəri, futbol dünyası biz istəməyənə kimi, "Bavariya"dan heç bir futbolçunu ala bilməyəcəyini bilir. Bu, Robert Levandovski üçün də keçərlidir. Robert növbəti mövsüm bizimlə olacaq".

Qeyd edək ki, 29 yaşlı Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir. Onun adı "Real" və "Mançester Yunayted"lə birgə hallanırdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right