Son zamanlar adı dünyanın bir çox nəhəng klubları ilə birgə çəkilən almaniyalı mütəxəssis Tomsa Tuxel karyerasını PSJ-də davam etdirə bilər.
Newsport.az xəbər verir ki, yaxın günlərdə “Bavariya”dan gələn təklifə “yox” deyən Tuxel PSJ-nin sükanı arxasına gətirilə bilər. Bu haqda məlumatı İngiltərə mətbuatı yayıb. Belə ki, baş məşqçisi Unai Emeri ilə işləri qaydasında getməyən Paris təmsilçiləri, mövsümün sonunda müqaviləsi başa çatacaq məşqçinin yerinə Tomas Tuxeli gətirməyi düşünürlər.
Fransa klubunun 44 yaşlı çalışdırıcı ilə artıq, danışıqlara başladığı və ilkin razılığa gəldiyi də bildirilir.
Qeyd edək ki, Tomas Tuxel 2015-ci ildən “Borussiya Dortmund”u çalışdırırdı. Klubun idarə heyəti ilə anlaşa bilməyən mütəxəssis “sarı-qırmızılar”la yollarını ayırmağa qərar vermişdi.