19 yaşlı ukraynalı “İnter”in hədəfində

Ukraynanın “Zarya” klubunun qapıçısı Andrey Lunin “İnter”in maraq dairəsinə düşüb.

Newsport.az saytının məlumatına görə, 19 yaşlı qolkiperi “Yuventus” və “Çelsi”dən sonra “İnter” də heyətində görmək istəyir. 

Gənc istedadın çıxışını “Liverpul”, “Uotford”, “Volfsburq”, “Real Soseydad” kimi klublar da yaxından izləyirlər. “İnter” Lunini transfer edərək, İtaliya klublarından birinə icarə verməyi planlaşdırır.

Qeyd edək ki, 19 yaşlı qapıçı Səudiyyə Ərəbəsitanına qarşı yoxlama oyununda (1:1) Ukrayna millisində debüt edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right