Məşhur məşqçi "Bavariya" yox dedi

"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatacaq Yupp Haynkesin əvəzinə baş məşqçi axtarışlarını davam etdirir.

Newsport.az xəbər verir ki, Münhen təmsilçisi baş məşqçi postuna son olaraq Dortmund "Borussiya"sını çalışdıran Tomas Tuhel gətirmək istəyib. Lakin mütəxəssis bu təklifi geri çevirib. 44 yaşlı baş məşqçi Bundesliqada çalışmaq istəmədiyi üçün belə qərar verib. Tuhel Avropada böyük komandaların birində işləmək niyyətindədir. Bu barədə "Bild" nəşri mətbuatı məlumat yayıb.

 

Qeyd edək ki, Tomas Tuhel ötən ildən işsizdir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right