Zidan Levandovskinin "Real"a transferinə razılıq verdi

“Real”ın baş məşqçisi Zinəddin Zidan “Bavariya”nın hücumçusu Robert Levandovskinin transferinə razılıq verib.

Newsport.az saytının məlumatına görə, bu barədə “AS” nəşri məlumat yayıb.

Məlumat əsasən, Madrid təmsilçisinin polşalı futbolçunun agenti ilə ilkin razılığa gəldiyi bildirilir. Almanlar da “Real”ın Levandovski üçün tələb olunan 100 milyon avro təzminatı ödəyəcəyi təqdirdə 29 yaşlı futbolçunu satmağa hazırdı.

"Real” təcrübəli hücumçunun keçidi üçün hazırda “Bavariya”da icarə əsasında çıxış edən Xames Rodrigesi də qarşı tərəfə təklif etməyə razıdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right