"Yuventus"un və İtaliya milli komandasının sabiq futbolçusu Andrea Pirlo İtaliya yığmasında məşqçilər korpusunda yer ala bilər.
Newsport.az xəbər verir ki, bu iddia iilə İtaliya mətbuatı çıxış edib. Belə ki, 38 yaşlı futbolçu Karlo Ançelotti və ya da Antonio Kontenin millini çalışdıracağı halda bunu edə bilər. Xatırladaq ki, Pirlonun hər iki mütəxəssislə gözəl münasibəti var.
Hazırda baş məşqçi funksiyasını yerinə yetirən Luici Di Byacoya da Pirlonun yardım etmək ehtimalı var.