İrlandiya Azərbaycanla oyun öncəsi qələbəyə sevindi

Azərbaycanın U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, millimizin seçmə mərhələ oyunu çərçivəsində səfərdə Kosovo ilə qarşılaşdığı (0:2) gündə, digər rəqiblərimizdən İrlandiya və Norveç də yoxlama oyunu keçirib.

Norveç yığması İtaliyanın gənclərdən ibarət komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. İrlandlar isə İslandiya ilə qarşılaşıblar.

Martın 27-də doğma meydanda Azərbaycan yığmasını qəbul edəcək İrlandiya futbolçuları bu görüşdə qələbə qazanıblar – 3:1.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right