Renat "Ayntraxt"dan qovuldu

Azərbaycan millisinin üzvü Renat Dadaşov çıxış etdiyi “Ayntraxt” klubundan qovulub.

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna futbolçunun intizamsızlığı səbəb olub. Belə ki, həmyerlimiz komanda yoldaşı ilə dalaşdığından klub rəhbərliyi bu addımı atıb.

Klubun gənc futbolçular üzrə şöbə müdiri Armin Kraazın verdiyi açıqlamaya görə, Renat bundan sonra məşqlərə buraxılmayacaq. Məşqçinin ona bundan öncə də şərait yaratdığını, lakin Renatın bu şansdan yararlanmadığını bildirib.

Qeyd edək ki, klubun baş məşqçisi Niko Kovaç da bu cəzadan xəbərdar olduğunu və qərarla razılaşdığını açıqlayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right