"Yuventus”un tarixi boyu həmişə Avropa futbolunun elitasına çxması klubun genetikasından irəli gəlir və bu, bütün məşqçilərə, futbolçulara ötürülür. Biz hər zaman olduğu kimi istənilən komanda ilə rəqabət apara biləcək gücdəyik”.
Newsport.az xəbər verir ki, bu sözləri “Yuventus”un baş direktoru Beppe Marotta deyib. Komandasının püşkdə Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la düşməsinə münasibət bildirən Turin klubunun rəsmisi rəqibdən qorxmadıqlarını söyləyib:
“Düşünürəm ki, “Real”la qarşılaşmamız erkən olacaq. Amma istənilən halda gec-tez onlarla oynamalıyıq. Məncə, dünyanın ən yaxşı klubudur. Onlara hədsiz hörmət edirik. Amma əminliklə deyirəm ki, heç qorxmuruq”.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələcək “Real” və “Yuventus” klubları əvvəlki mərhələdə müvafiq olaraq, PSJ və “Tottenhem”i mübarizədən kənarlaşdırıblar.