Hər il ənənəvi olaraq Braziliyada məşhur "Sambafoot" saytının təşkil etdiyi "Samba d'Or" mükafatının qalibi bəlli olub.
Newsport.az-ın məlumatına görə, sözügedən ölkə jurnalistləri Avropa klublarında çıxış edən ən yaxşı “sambaçı”nı seçiblər.
Ən çox səsi isə “Barselona”da forma geyinən Neymar toplayıb. O, həmkarlarımızın 29,2 faiz səsini qazanaraq, 1-ci olub. 2-ci yerə Madrid “Atletiko”sunun futbolçusu Miranda, 3-cü pilləyə isə Türkiyə "Qalatasaray"ının yarımmüdafiəçisi Felipe Melo layiq görülüb.