Demba Ba Mourinyonu yıxdı-sürüdü AÇIQLAMA

"Beşiktaş"ın yeni transferi Demba Ba keçmiş baş məşqçisi Mourinyonu tənqid edib.

Newsport.az saytının məlumatına görə, "Beşiktaş"a "Çelsi"dən transfer olunan fransız hücumçu keçmiş baş məçqçisi haqqında danışıb. 29 yaşlı futbolçu açıqlamasında portuqaliyalı mütəxəsisin onun "Arsenal"a keçməyinə mane olduğunu bildirib:

"Böyük ulduzlarla dolu bir komandanın futbolçusu olduğunda bəzən ulduzlar statistikaların önünə keçir. "Çelsi"də başıma bu gəldi. Mourinyo məni ulduz olmadığım üçün oynatmırdı. O, həm də ötən mövsüm "Arsenal"a transfer olunmağımın qarşısını aldı. Çünki Özillə birgə yaxşı cütlük olacağımızdan qorxdu. Lakin "Çelsi"də bir çox yoldaşım var. Hazard və İvanoviç ən yaxın yoldaşlarımdan biridilər. Ümid edirəm Premyer liqanı qazanarlar".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right