Türkiyə kubokunun qrup mərhələsində 4-cü turun oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, millimizin üzvü Vaqif Cavadov və Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" doğma meydanda millimizin digər futbolçusu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Millimizin futbolçularından təkcə Vaqif Cavadov sözügedən oyunda iştirak edib. O, əsas heyətdə meydana çıxıb.
Qeyd edək ki, "Qaziantep BB" Türkiyə kubokunun 3-cü turunda səfərdə "Sivasspor"a 0:4 hesabı ilə uduzmuşdu.