Həmyerlimiz oynamadı, komandası xal qazandı

Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin 4-cü tur oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası “Girəsunspor” da növbəti matçına çıxıb.   
 
Həmyerlimizin komandası səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Oyun 0:0 hesablı bərabərliklə başa çatıb. Çempionat oyunlarında forma şansı əldə edə bilməyən Mehdiyevin adı bu matçın da iştirak ərizəsində yer almayıb.   
 
Qeyd edək ki, "Girəsunspor" Türkiyə PTT 1-ci Liqasında, “Gənclərbirliyi” isə Superliqada mübarizə aparır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right