Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor" klubu Türkiyə birinci liqasında növbəti matçını keçirib.
Newsport.az-ın məlumatına görə, Manisa təmsilçisi səfərdə "Altınordu"nun qonağı olub.
Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. 90 dəqiqə meydanda olan Subaşiç 35-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Manisaspor" 15 turdan sonra 14 xalla 17-ci pillədə qərarlaşıb.