Bir neçə müddətdir səhhətindəki problem səbəbindən oyunlara təyinat almayan türkiyəli referi Cüneyt Çakır yenidən yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Newsport.az-ın məlumatına görə, FİFA referisi Türkiyə superliqasının 15-ci turunda keçiriləcək "İstanbul Başakşehir" - "Kayseri Erciyesspor" matçını idarə edəcək.
"Başakşehir"-"Kayseri Erciyesspor" qarşılaşması 27 dekabr tarixində baş tutacaq.
Qeyd edək ki, Çakır Superliqanın 10-cu turunda "Genclerbirliği" - "Karabükspor" matçının ilk yarısında özünü pis hiss eləyərək, xəstəxanaya aparılmışdır.